Abdullah Gül İlham Əliyevə telefonla zəng etdi

Abdullah Gül İlham Əliyevə telefonla zəng etdi
  25 Dekabr 2013    Oxunub:1079
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül İlham Əliyevə telefonla zəng edib.
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Prezident İlham Əliyevə telefonla zəng edib.

Abdullah Gül Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə minnətdarlığını bildirib.
Söhbət zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.


Teqlər:





Xəbər lenti