Ermənistanın baş qərargah rəisi parlamentə çağırıldı

Ermənistanın baş qərargah rəisi parlamentə çağırıldı
  15 Fevral 2020    Oxunub:2715
Ermənistan parlamentində Silahlı Qüvvələrin Baş qərargah rəisi Artak Davtyanın iştirakı ilə qapalı müzakirələr keçiriləcək.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Parlaq Ermənistan” partiyasından seçilən deputat Ani Samsonyan bildirib.

Onun sözlərinə görə, fevralın 18-də, saat 11.00-da İnsan hüquqlarının müdafiəsi və ictimai işlər, Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi parlament komissiyalarının Ermənistan Silahlı Qüvvələrinin Baş qərargahının rəisi Artak Davtyanın iştirakı ilə birgə qapalı iclası keçiriləcək.

Deputat mövzunun məlum olduğunu desə də, bu barədə açıqlama verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Müzakirə  





Xəbər lenti