İkili peşə təhsili ilə bağlı təkliflər hazırlanacaq

  15 Fevral 2020    Oxunub : 1384
İkili peşə təhsili ilə bağlı təkliflər hazırlanacaq
Beynəlxalq təcrübə əsasında iş yerlərində təlim, stajkeçmə mexanizminin yaradılması, habelə ikili peşə təhsili (“dual təhsil”) sisteminin tətbiqi imkanlarının araşdırılması istiqamətində müvafiq təkliflər hazırlanacaq.
Azvision.az xəbər verir ki, bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən bu iş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası cəlb edilməklə 2020-2021-ci ildə Təhsil Nazirliyi tərəfindən icra olunacaq.

Tədbirlər Planında bunun üçün zəruri normativ hüquqi baza və təhsil (təlim) proqramlarının mövcudluğu qeyd olunub.

Azvision.az

Teqlər: Peşə   Təhsil