“Sumqayıt” öz meydanında məğlub oldu

“Sumqayıt” öz meydanında məğlub oldu
  15 Fevral 2020    Oxunub:3042
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, günün ikinci görüşündə “Sabah” klubu səfərdə “Sumqayıt” komandasının qonağı olub. “Kapital Bank Arena”da baş tutan matç “Sabah”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün turun açılış matçında isə "Qarabağ" səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub edib.

Azvision.az


Teqlər: Sumqayıt   Sabah  





Xəbər lenti