Cüdoçularımız Avropa kubokunun ilk günündə 6 medal qazanıb
Qızıl medalı komandamızın aktivinə Sahib Babayev (50 kq) yazdırıb. İslam Rəhimov (50 kq), Samir Piriyev (55 kq) və Səbinə Əliyeva (48 kq) gümüş medal qazanıblar. Bürünc medallara isə Səbinə Qədirova (52 kq) və Qədir Hüseynov (55 kq) layiq görülüblər. Azərbaycan bu nəticə ilə komanda hesabında üçüncü yeri tutur.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək turnirdə 23 ölkədən 500-dən çox idmançı mübarizə aparır.
Azvision.az