Rafael Ağayev final görüşünə çıxır

Rafael Ağayev final görüşünə çıxır
  16 Fevral 2020    Oxunub:2919
Dubayda Karate 1 Premyer Liqa turnirinin son günündə Azərbaycan karateçiləri qızıl və bürünc medallar uğrunda mübarizəyə başlayıblar.
Azvision.az xəbər verir ki, finala vəsiqə qazanan Rafael Ağayev (75 kq) turnirdə birinci yer uğrunda döyüşür. Həlledici qarşılaşmada onun rəqibi Luici Busadır (İtaliya).

Digər karateçilərimizdən Rafiz Həsənov (67 kq) və İrina Zaretska (68 kq) bürünc medal uğrunda mübarizə aparırlar. R.Həsənov Burak Uyğur (Türkiyə), İ.Zaretska isə Alize Ajye (Fransa) ilə güclərini sınayır.

Qeyd edək ki, nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparır.

Azvision.az



Teqlər: Karate  





Xəbər lenti