MOİK təmsilçiləri Avropa çempionatında 4 medal qazanıb

  16 Fevral 2020    Oxunub : 1460
MOİK təmsilçiləri Avropa çempionatında 4 medal qazanıb
İtaliyanın paytaxtı Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatında milli komandamızın tərkibində yarışan Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri də uğurla çıxış edirlər.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Avropa çempionatının finalında mübarizə aparan sərbəst güləşçimiz baş leytenant Ağahüseyn Mustafayev (70 kiloqram) yarışların gümüş medalına sahib olub.

Pəhləvanımız A.Mustafayev ilk mərhələdə Ermənistan idmançısı ilə üz-üzə gəlib. Prinsipial qarşılaşmaya rəqib daha yaxşı başlayıb və 8:0 hesabı ilə önə keçib. Ancaq özünü itirməyən idmançımız inanılmaz əzmkarlıq nümayiş etdirərək geridönüş edib. İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Avropa çempionatının gümüş mükafatçısı yarışa inamlı qələbə ilə start verib və 15:8 hesabı ilə qalib gəlib. Təmsilçimiz sonra Belarus təmsilçisindən güclü olub. Ukrayna güləşçisini də mübarizədən kənarlaşdıran idmançımız yarımfinala adlayıb.

A.Mustafayev Moldovadan olan güləşçiyə də qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici görüşdə Polşanı təmsil edən dağıstanlı həmkarına yenilən Ağahüseyn Avropa çempionatının gümüş medalı ilə kifayətlənib.

Millimizin tərkibində çıxış edən digər MOİK təmsilçiləri də yarışlarda inamla çıxış edərək bir qızıl, bir gümüş, ikisi bürünc olmaqla ümumilikdə 4 medal qazanıblar.

Azvision.az

Teqlər: MOİK