“Dəli yığıncağı”nın premyerası olub

“Dəli yığıncağı”nın premyerası olub
  17 Fevral 2020    Oxunub:3363
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi “Dəli yığıncağı” tamaşasının premyerası olub.
Azvision.az xəbər verir ki, tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanıb. Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyıev, bəstəkar Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Səhnə əsərində rolları Xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa ediblər.

Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini, Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu, Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı, Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev canlandırıb.

Fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulmuş tamaşada aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Azvision.az


Teqlər: Tamaşa   Teatr  





Xəbər lenti