Elmar Məmmədyarov Aİ rəsmiləri ilə görüşəcək

  17 Fevral 2020    Oxunub : 1063
Elmar Məmmədyarov Aİ rəsmiləri ilə görüşəcək
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel ilə görüşəcək.
Azvision.az xəbər verir ki, nazirin Avropa Qonşuluq siyasəti və genişlənmə üzrə Aİ-nin komissarı Oliver Vargeyi ilə də görüşü planlaşdırılıb.

Xatırladaq ki, Elmar Məmmədov Albaniya üçün beynəlxalq donorlar konfransında iştirak etmək məqsədilə ötən gün Brüsselə gedib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Nazir   ElmarMəmmədyarov