Azərbaycan Şarm əl-Şeyx Film Festivalında təmsil olunacaq

Azərbaycan Şarm əl-Şeyx Film Festivalında təmsil olunacaq
  17 Fevral 2020    Oxunub:2737
Azərbaycan 20-26 iyun 2020-ci il tarixlərində Misirin Mədəniyyət naziri və Cənubi Sinay qubernatorunun himayəsi ilə keçirilməsi planlaşdırılan dördüncü Şarm əl- Şeyx Film Festivalında təmsil olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib. Onun sözlərinə görə, bu, iki ölkə arasında əməkdaşlığın ən önəmli sahələrindən olan mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsi naminə edilən səylərin növbətisidir.

Nümayiş olunacaq filmlər isə rejissor Elçin Musaoğlunun “NABAT ” və rejissor Zamin Məmmədovun “SƏS” filmləridir. Bununla bağlı səfirlik Azərbaycanın Mədəniyyət Nazirliyi ilə razılığa gəlib.

Diplomat bundan əvvəl 2019-cu ilin mart ayında təşkil edilən Şarm əl-Şeyx Film Festivalında Azərbaycan tərəfinin rejissor Hilal Baydarovun "Ad günü" filmi ilə iştirak etdiyini xatırladaraq, bu iştirakın çox müvəffəqiyyətli olduğunu vurğulayıb.

Səfir, həmçinin Azərbaycanın tanınmış müğənnilərindən olan Dilarə Kazımovanın öz ansambılı ilə festivalın açılışında təmənnasız çıxış etdiyini, Azərbaycanın sözügedən festivalın fəxri qonağı olduğunu və festivalın rəhbərliyinin qədim Azərbaycan mədəniyyətini nümayiş etdirməyə çalışdığını da diqqətə çatdırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Festival   Film  





Xəbər lenti