Suriyaya qarşı sanksiyalar genişləndirildi

  17 Fevral 2020    Oxunub : 1030
Suriyaya qarşı sanksiyalar genişləndirildi
Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiya siyahısını genişləndirib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

Bildirilib ki, bu gün Suriya rejiminə qarşı sanksiyaların şamil olunduğu şəxslərin və təşkilatların siyahısına 8 tanınmış iş adamının, onlara bağlı olan 2 təşkilatın adları əlavə edilib.

Bununla da, "qara siyahı"ya salınan suriyalıların sayı 277-yə, şirkətlərin sayı isə 71-ə çatıb.

Azvision.az

Teqlər:   Suriya   Sanksiya