Almatıda terrora hazırlaşan ekstremistlər saxlanıldı

  18 Fevral 2020    Oxunub : 1331
Almatıda terrora hazırlaşan ekstremistlər saxlanıldı
Qazaxıstanın Almatı şəhərində iki ekstremist saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Məhkəmənin qərarı ilə şübhəlilər həbs olunub.

Onların yaşayış yerində aparılan istintaq hərəkətləri zamanı evdə hazırlanmış partlayıcı qurğular, soyuq silahlar, hücum planlaşdırılan obyektlərin foto və video çəkilişləri olan smartfonlar aşkarlanıb. İstintaqın məlumatına görə, onlar respublika ərazisində, həmçinin izdihamlı yerlərdə hücumlar hazırlayırmışlar.

Faktla əlaqədar terror hücumuna hazırlıq və terrorizmin təbliği ilə bağlı cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Almatı   Terror