51 yaşlı baş həkim koronavirusdan öldü

51 yaşlı baş həkim koronavirusdan öldü
  18 Fevral 2020    Oxunub:2795
Çinin Uhan şəhərindəki “Uçan” xəstəxanasının baş həkimi Lyu Çjimin koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb. Bildirilib ki, baş həkim bu gün dünyasını dəyişib.

Xatırladaq ki, bir gün əvvəl onun ölümü barədə məlumat yayılmışdı, lakin sonradan həkimlər Lyu Çjimin həyatı üçün mübarizə apardıqlarını açıqlayaraq, xəbəri təkzib etmişdilər.

“Təəssüf ki, həmkarlarının səyləri kifayət etmədi, 51 yaşlı həkim yerli vaxtla saat 10.30-da öldü. O, koronavirusdan vəfat edən ilk tibb müəssisəsi rəhbəridir”, - deyə məlumatda qeyd olunub.

Çjimin rəhbəri olduğu xəstəxana yeni növ koronavirusa yoluxmuş şəxsləri qəbul edən ilk ixtisaslaşmış tibb müəssisələrindən biridir. Xəstəxananın heyəti 966 nəfərdən ibarətdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Virus   Koronavirus  





Xəbər lenti