Erməni mətbuatı: “Paşinyan Münhendə acınacaqlı və aciz vəziyyətə düşdü”

 Erməni mətbuatı: “Paşinyan Münhendə acınacaqlı və aciz vəziyyətə düşdü”
  18 Fevral 2020    Oxunub:3698
Paşinyanın Münhendəki ziddiyyətli, əlaqəsiz çıxışını dinləyəndə belə təəssürat yarandı ki, Ermənistanın baş nazir müharibəni uduzan, əzilən, məğlub olan tərəfi təmsil edir.
Azvision.az xəbər verir ki, bu barədə erməni mətbuatında dərc edilən məqalədə vurğulanır.

Məqalədə qeyd edilib ki, Mühhendəki rüsvayçılığa görə Paşinyan təkcə siyasi rəqibləri tərəfindən deyil, dünənə qədər ona görə boğazını, köynəyini yırtanlar tərəfindən də sərt tənqid olundu. Və hökumət başçısını tənqid edənlərin ordusu qartopu kimi böyüməyə davam edir: "Bir vaxtlar Sarkisyanın cinayətkar-oliqara, antixalq rejiminin devrilməsini çox isti qarşıladıq və yeni hökumətlə Ermənistanda həyatın daha yaxşı, daha dolğun, təhlükəsiz olacağına ümid etdik. Təəssüf ki, təxminən 2 ildə həyatımız yaxşılaşmadı, əksini gördük. Yekunda deyilənlərin hər birinin gözə kül üfürməkdən başqa bir şey olmadığı bəlli oldu.

Paşinyan və onun hökuməti yalnız Ermənistanın daxilində yox, beynəlxalq aləmdə də lovğalanacaq heç nə etməyib. Avrasiya İqtisadi İttifaqı, KTMT və MDB ölkələrinin zirvə görüşlərində Paşinyan heç də yaxşı görünmür. Belə təəssürat yaranır ki, o, sadəcə nüfuzlu beynəlxalq məkanlarda özünü apara bilmir. Axı, Ermənistandakı tərəfdarlarla danışmaqla beynəlxalq aləmdə danışmaq tamamilə fərqlidir. Münhenin göstərdiyi kimi".

Məqalədə Münhen müzakirələrində Paşinyanın əsassız, rabitəsiz nitqinə diqqət çəkilir: "Burada söhbət hətta İlham Əliyevin ingilis dilində mükəmməl danışmasından, Paşinyanın tələffüzünün qulaqlara pis təsir etməsindən də getmir. Axı, ingilis dili ana dilimiz deyil və hökumət başçısının bu dildə səlis danışması tələb olunmur. Rus dili kimi. Bunun üçün onun tərcüməçiləri var. Ancaq bu vəziyyətdə tərcüməçi olmadan danışmağı qərara almışdırsa, ingilis dilini bir qədər möhkəmləndirmək pis olmazdı.

Razılaşın, baş nazirimizin istəksiz şəkildə, başını və ya boynunu qaşıyaraq, ağrılı şəkildə uyğun sözləri necə axtardığını görmək olduqca iyrənc idi. Belə bir nüfuzlu platformada dövlət başçısı bu cür hərəkət etməli deyildi.

Acınacaqlı olan budur ki, Paşinyan Əliyevin hücumlarına lazımi və səriştəli cavab verə bilmədi. Erməni jurnalistər, politoloqlar Münhendə Nikol Paşinyanın acınacaqlı və aciz vəziyyətə düşməsini gördülər. Başqa cür olmalı idi. Paşinyan yaxşı hazırlaşmalı və hücum mövqeyini seçməli idi. Ancaq bu, baş vermədi. Hər şeydən əvvəl erməni xalqı üçün təəssüflər olsun".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Münhen   Paşinyan  





Xəbər lenti