Haftarın ordusu Türkiyə gəmisini vurub

  18 Fevral 2020    Oxunub : 2536
Haftarın ordusu Türkiyə gəmisini vurub
General Xəlifə Haftara məxsus ordunun nümayəndəsi Xalid əl-Mahcub Liviyanın Tripoli limanında türk gəmisinin vurulduğunu açıqlayıb.

Azvision.az TASS-a istinadən xəbər verir ki, gəmidə silah-sursat olub.
Əl-Mahcub bildirib ki, gəmi Türkiyədən gəlib və Milli Razılaşma hökumətinin qüvvələri üçün silah gətirib: "Bu, Liviyaya silah verilməsini qadağan edən beynəlxalq müqavilələrin pozulmasıdır".

Daha əvvəl Tripolinin əsas dəniz limanının atəş tutulduğu, bir neçə mərminin partladığı barədə məlumat verilmişdi.

BMT Baş katibinin Liviyadakı xüsusi nümayəndəsi Həsən Salam Tripoli limanının atəşə tutulduğunu təsdiqləyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə