Rusiya qırıcıları İdlibi bombaladı - Ölən və yaralılar var

 Rusiya qırıcıları İdlibi bombaladı -  Ölən və yaralılar var
  19 Fevral 2020    Oxunub:2173
Rusiyaya məxsus döyüş təyyarələrinin İdlibə hava hücumu zamanı 3 mülki şəxs ölüb, azı 9 nəfər yaralanıb.

Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rusiya qırıcıları dünən axşam saatlarında İdlibin Termanin qəsəbəsi, Hələbin Daret İzze rayon mərkəzinə və ətraf ərazilərə hava zərbələri endirib.
Hücumdan sonra baş verən yanğın mülki müdafiə qrupları tərəfindən söndürülsə də, axtarış-xilasetmə işləri davam edir. Ölən və yaralananların sayının artması istisna deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Hücum  





Xəbər lenti