KOBİA ilə AFFA əməkdaşlıq edəcək

  19 Fevral 2020    Oxunub : 1092
KOBİA ilə AFFA əməkdaşlıq edəcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Azvision.az xəbər verir ki, memorandumu KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov imzalayıb. İmzalanma fevralın 19-da Bakıda "Avro-2020: KOB üçün perspektivlər" mövzusunda keçirilən tədbir çərçivəsində baş tutub.

2020 Avropa Çempionatı çərçivəsində Bakıda keçiriləcək oyunlar kiçik və orta sahibkarlıq subyektləri üçün perspektiv imkanlar açacaq. KOB-lara dəstək məqsədilə futbol oyunlarının keçiriləcəyi stadionun "Fan Zona"larında və standionətrafı məkanlarda KOB-lar tərəfindən istehsal olunan məhsulların satışı təşkil olunacaq. Bu əməkdaşlıq Azərbaycan məhsullarının tanıdılması, yerli və xarici futbol azarkeşlərinin oyunlar zamanı müxtəlif xidmətlərdən istifadəsinə əlverişli şərait yaradacaq.

Azvision.az

Teqlər: KOBİA   AFFA