Azərbaycan vətəndaşı Gürcüstanda narkotiklə tutuldu

Azərbaycan vətəndaşı Gürcüstanda narkotiklə tutuldu
  19 Fevral 2020    Oxunub:2139
Gürcüstan polisi gömrükçülərlə birgə "Sarpi" keçid məntəqəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.
Azvision.az xəbər verir ki, saxlanılan şəxs Gürcüstanda narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, yoxlanış zamanı saxlanılan Azərbaycan vətəndaşından 1702 tablet və iki ədəd “Mdma” adlı narkotik maddə, “Preqabalin” tərkibli 490 kapsul “Lyrica”, 72 qram “Amfetamin” və 237 qram marixuana götürülüb.

Faktla bağlı narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana gətirilməsinə dair cinayət işi açılıb, istintaq aparılır.

Kimliyi mətbuata açıqlanmayan şəxsi 8 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Gürcüstan   Narkotik  





Xəbər lenti