Araz Əlizadə təkrar seçkidə iştirak etmək istəyir

  19 Fevral 2020    Oxunub : 1511
Araz Əlizadə təkrar seçkidə iştirak etmək istəyir
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 35 saylı Xətai üçüncü seçki dairəsinin hazırkı deputatı Araz Əlizadə nəticələri ləğv edilmiş bu dairə üzrə təkrar seçkilərdə iştirak etmək niyətindədir.
Bu barədə Azvision.az -a A.Əlizadənin özü məlumat verib. O bildirib ki, səhhəti imkan versə, seçkidə iştirak edəcək.

Qeyd edək ki, ötən ilin dekabr ayında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat zamanı deputatın böyrəklərindən daş çıxarılıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Seçki   Deputat