“Diamond Princess”də virusa yoluxanların sayı 621 nəfərə çatdı

   “Diamond Princess”də virusa yoluxanların sayı 621 nəfərə çatdı
  19 Fevral 2020    Oxunub:2077
Fevralın 3-dən Yaponiyanın Yokohama limanında saxlanılan “Diamond Princess” gəmisində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı artıb.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah nazirliyi məlumat yayıb. Müayinələrdən sonra 79 sərnişinin koronavirusun yeni növünə yoluxduğu məlum olub.

Bununla da, “Diamond Princess” gəmisində virusa yoluxanların ümumi sayı 621 nəfərə çatıb. Virusa yeni yoluxan şəxslərin hansı ölkənin vətəndaşları olması barədə məlumat verilməyib.

Azvision.az


Teqlər: Virus  





Xəbər lenti