Koronavirus İrana çatdı

  Koronavirus İrana çatdı
  19 Fevral 2020    Oxunub:3796
İranda iki nəfərin yeni koronavirusa yoluxması ilə bağlı ilkin analizlərin nəticələri müsbət olub.

Azvision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son nəticələrin müəyyənləşdirilməsi üçün əlavə testlər aparılacaq.

Bildirilib ki, Qum vilayətində ötən iki gün ərzində yeni koronavirus şübhəsi ilə əlaqədar bir neçə hal müşahidə olunub və həmin şəxslər karantinə alınıb.

Azvision.az


Teqlər: İran  





Xəbər lenti