900-ə yaxın qaçqın Suriyaya qayıtdı

900-ə yaxın qaçqın Suriyaya qayıtdı
  19 Fevral 2020    Oxunub:2327
Sutka ərzində İordaniya və Livandan Suriyaya 900-ə yaxın qaçqın qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.

“Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 894 qaçqın geri dönüb. Belə ki, Livanın "Jaydet Yabus", "Tell-Kalah" keçid məntəqələrindən ümumilikdə 312 nəfər, İordaniyanın “Nasib” keçid məntəqəsindən isə ümumilikdə 582 nəfər Suriyaya geri dönüb”, - deyə bülletendə qeyd olunub.

Azvision.az


Teqlər: Suriya  





Xəbər lenti