Ukrayna təyyarəsinin “qara qutusu” ciddi zədələnib

Ukrayna təyyarəsinin “qara qutusu” ciddi zədələnib
  19 Fevral 2020    Oxunub:2356
Yanvarın 8-də Tehran səmasında vurulan “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus “Boeing” sərnişin təyyarəsinin “qara qutusu” ciddi zədələnib.
Azvision.az İRNA-ya istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi deyib. Onun sözlərinə görə, hazırda “qara qutu” təmir olunur:

"İranın müdafiə sənayesindən Ukrayna təyyarəsinin “qara qutusu”nun təmir edilməsinə kömək etməsini istəmişik. Təmirdən sonra “qara qutu” oxunacaq".

Qeyd edək ki, Ukraynaya məxsus “Boeing” 737-800 təyyarəsi yanvarın 8-i Tehran hava limanı üzərində İran Silahlı Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə nəticəsində 167-si sərnişin, 9-u ekipaj üzvü olmaqla 176 nəfər ölüb.

Azvision.az


Teqlər: Ukrayna   Təyyarə  





Xəbər lenti