Sarkisyan iki generalı işdən çıxardı

Sarkisyan iki generalı işdən çıxardı
  19 Fevral 2020    Oxunub:2289
Ermənistan prezidenti Armen Sarkisyan Hərbi polis idarəsinin rəisi, general-mayor Artur Bağdasaryanın və silahlı qüvvələrin şəxsi heyətlə iş şöbəsinin müdiri, general-mayor Aleksan Aleksanyanın vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, sərəncam imzaladığı gündən qüvvəyə minib.

Daha əvvəl baş nazir Nikol Paşinyan hər iki şəxsin vəzifəsindən azad edilməsi ilə bağlı Sarkisyana müraciət etmişdi.

Xatırladaq ki, bu il ərzində Ermənistanın 15 hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub. Orduda aparılan kadr dəyişiklikləri hərbçilərin ölümü ilə əlaqədardır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti