“Xocalı-şəhid şəhər” müsabiqəsinin yekun sərgisi açılacaq

“Xocalı-şəhid şəhər” müsabiqəsinin yekun sərgisi açılacaq
  19 Fevral 2020    Oxunub:3878
Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Xocalı - şəhid şəhər” adlı müsabiqənin yekun sərgisi açılacaq.
Azvision.az xəbər verir ki, fevralın 24-də Xətai Sənət Mərkəzində açılacaq sərgi çərçivəsində işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Xatırladaq ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Müsabiqə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədilə keçirilib.

Azvision.az



Teqlər: Xocalı   Sərgi  





Xəbər lenti