“Tottenhem” uduzdu, “Atalanta”dan qələbə - VİDEO

“Tottenhem” uduzdu, “Atalanta”dan qələbə -  VİDEO
  20 Fevral 2020    Oxunub:2680
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.
Azvision.az xəbər verir ki, ötən gün daha iki görüş keçirilib.

Milanda "Valensiya"nı qəbul edən "Atalanta" 4:1 hesablı qələbəyə sevinib. Bununla da növbəti mərhələyə adlamaq üçün böyük üstünlük əldə edib.



Londonda isə "Leyptsiq" "Tottenhem"in qonağı olub və 1:0 hesablı qələbə qazanıb.



Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına fevralın 25-də keçiriləcək "Çelsi" - "Bavariya", "Napoli" - "Barselona" və fevralın 26-da oynanılacaq "Lion" - "Yuventus" və "Real" - "Mançester Siti" qarşılaşmaları ilə yekun vurulacaq.

Kənan Məmmədov
Azvision.az


Teqlər: UÇL   Futbol  





Xəbər lenti