Tramp səfiri Milli Kəşfiyyatın direktoru təyin edəcək

 Tramp səfiri Milli Kəşfiyyatın direktoru təyin edəcək
  20 Fevral 2020    Oxunub:1873
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Almaniyadakı səfiri Riçard Qrenellanı Milli Kəşfiyyatın direktoru vəzifəsinə təyin edəcəyini təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə Amerika lideri “Twitter”də yazıb.

"Riçard Qrenellanın Milli Kəşfiyyatın direktoru vəzifəsini icra edəcəyini elan etməkdən məmnunam. Riçard ölkəmizi çox yaxşı təmsil etdi, onunla işləməyi səbirsizliklə gözləyirəm", - deyə Tramp vurğulayıb.

Qrenell 2019-cu ilin yayından bu vəzifəni icra edən Cozef McQuireni əvəz edəcək. Birləşmiş Ştatların Milli Kəşfiyyatının direktoru ABŞ-ın 16 xüsusi xidmət orqanlarının əlaqələndiricisi hesab olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti