“Copy paste”nin ixtiraçısı öldü

“Copy paste”nin ixtiraçısı öldü
  20 Fevral 2020    Oxunub:2477
"Apple" şirkətinin mühəndislərindən biri Larri Tesler 74 yaşında ABŞ-da vəfat edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, o, kompüter interfeyslərindəki cut, copy və paste funksiyalarının ixtiraçısı kimi tanınır.

Tesler 1945-ci ildə Nyu-Yorkda anadan olub, Stanfordda təhsil alıb. O, 15 İyul 1980-ci ildən 1997-ci ilə qədər Apple-da işləyib. Daha sonra “Amazon” da, ardınca Yahoo!-da vitse-prezident vəzifəsində çalışıb. Bundan sonra karyerasını başa vuran Tesler bəzən məsləhətçisi olaraq çalışıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: LarriTesler  





Xəbər lenti