Parklarda siqaret çəkmək qadağan edildi

Parklarda siqaret çəkmək qadağan edildi
  25 Dekabr 2013    Oxunub:1913
Türkmənistanda tütün əleyhinə qanunqüvvəyə mindi.
Bu gündən Türkmənistanda “ Vətəndaşların sağlamlığının siqaret tüstüsündən, və tütn məhsullarında istifadənin fəsadlarından qorunması” barədə qanun qüvvəyə minib.

Qanuna əsasən müəyyən yerlərdə, idarə, təşkilat və müəssisələrdə siqaret çəkmək, eləcə də yerli KİV-lər və satış mərkəzləri tərəfindən tütün məhsullarının istənilən formada reklamı qadağan edilib.

Bu gündən etibarən Türkmənistanda parklarda, çimərliklərdə, ictimai iaşə müəssisələrində, ticarət mərkəzlərində, dövlət orqanları, özəl idarələr və təşkilatların binalarında mədəniyyət və təhsil müəssisələrinin yerləşdiyi məkanlarda siqaret çəkməyə icazə verilmir.

Bununla yanaşı, ölkədə tütün məhsullarının əhali arasında pulsuz paylanılması, hədiyyə edilməsi və qiymətlərinin aşağı salınması qadağan edilib.

Qanuna əsasən dövlət tütün, məhsullarının istifadənin fəsadlarından əziyyət çəkən insanlara müvafiq tibbi yardımla təmin edəcək.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti