“Binə”də 45 mağaza yanıb - Rəsmi məlumat

“Binə”də 45 mağaza yanıb - Rəsmi məlumat
  25 Dekabr 2013    Oxunub:1282
Fövqəladə Hallar Nazirliyi “Binə2 Ticarət Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
AzVision.az nazirliyin saytına əsasən, bildirir ki, Bakı şəhəri, Qaradağ rayonu Binə Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri cəlb olunub. Ticarət Mərkəzinin 4-cü və 5-cı sıralarında hər birinin sahəsi 40 kv. m olan 45 ədəd müxtəlif geyim və paltar satışı mağazalarının plastik materiallardan ibarət arakəsmələri, dam örtükləri və içərisindəki mallar 1800 kv. m sahədə yanıb.

Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunub.
Nazirliyin xilasetmə qüvvələri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti