Bakı avtobusu 3 nəfəri vurdu

Bakı avtobusu 3 nəfəri vurdu
  14 Mart 2013    Oxunub:1210
Bakıda sərnişin avtobusu ağır qəza törədib.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 13-də saat 07.50 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində, Qəbələ rayon sakini Qəhrəman Eyyubov "Ford Tranzit" markalı avtomaşını idarə edərkən, yolun kənarında dayanmış 3 şəxsi vurub.

Bunlar Lənkəran sakinləri Elnur Şirəliyev, Pərviz İsmayılzadə və Astara rayon sakini Kamran Ağayevdir.

Nəticədə, xəsarət almış hər üç piyada xəstəxanaya yerləşdirilib. E.Şirəliyev orada ölüb, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.


Teqlər:





Xəbər lenti