İdlibdə hərbi əməliyyatlar gedir

  20 Fevral 2020    Oxunub : 1049
 İdlibdə hərbi əməliyyatlar gedir
Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq ordu ilə müxalif birləşmələr, o cümlədən Türkiyəyə məxsus hərbi qüvvələr arasında əməliyyatlar başlayıb.
Azvision.az xəbər verir ki, hazırda Neyrab kəndində döyüşlər gedir.

Kənddə rejim hədəflərinə qarşı artilleriya atəşləri açdıqdan sonra qurudan irəliləməyə başlayan ordu qrupları rejimə məxsus tankı, zirehli personalı daşıyan avtomobili məhv edib, bir tankı da ələ keçirib.

Hazırda kənddə şiddətli qarşıdurmalar davam edir.

Qeyd edək ki, fevralın 3-də Neyrabı rejim qüvvələri ələ keçirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İdlib