Jurnalistlər İsmayıllıda - FOTOSESSİYA

Jurnalistlər İsmayıllıda - FOTOSESSİYA
  25 Dekabr 2013    Oxunub:2241
Təhsil Nazirliyi media nümayəndələrinin İsmayıllı rayonuna səfərini təşkil etdi.
AzVision.az xəbər verir ki, jurnalistlər səfər zamanı Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan hədəflərin müzakirəsinə həsr olunmuş “Dəyirmi masa”da maraqlı müzakirələrə qatılıb.

Debat, Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və təhsil mütəxəssislərinin, eləcə İsmayıllı şəhər 1, 2 və 3 saylı, Lahıc qəsəbə, Cülyan, İvanovka, Talıstan, Qurban Əfəndi, Ruşan, Qoşakənd və Təzəkənd kənd tam orta məktəblərin direktorları və müəllimlərin iştirakı ilə sual-cavab əsasında baş tutub.

Debatda, təhsilin məzmun islahatları, müəllim əməyinin qiymətləndirilməsi, müəllimlərin ucqar bölgələrdə işə cəlb olunması, kimya, biologiya, fizika fənnlərinin birləşdirilməsi, bölgə müəllimlərinin karyera inkişafı, şagirdlərin məktəbəqədər hazırlığı kimi məsələlər öz əksini tapıb.

Dəyirmi masada dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafü üzrə Dövlət Strategiyası müstəqillik dövründə təhsilin inkişafı ilə bağlı qəbul edilmiş ən mühüm sənəd olduğu vurğulandı, sənədin növbəti illər üçün Azərbaycanda təhsilin inkişafın hədəflərini müəyyənləşdirəcəyi qeyd olundu.

Dövlət Strategiyasında nəzərdə tutulmuş müddəaların uğurla həyata keçirilməsi üçün ictimai dəstəyin əhəmiyyəti qeyd olunub, bölgələrdəki məktəblərdə çalışanların müvafiq islahat və yeniliklərə hazır olmasının zəruriliyi vurğulanıb.

Tədbirdə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov, Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov vətəndaşları maraqlandıran sualları cavablandırıb və qeyd ediblər ki, “Dəyirmi masa”da irəli sürülmüş bütün təkliflər ümumiləşdirilərək Təhsil Nazirliyinə təqdim olunacaq.

Sonra mətbuat nümayəndələrinin Lahıc qəsəbəsindəki orta məktəblə tanışlığı təşkil olunub. Orta məktəbin informasiya texnologiyaları ilə təchiz edilməsi isə jurnalistlərin diqqətini cəlb edib. Media nümayəndələri orta məktəblərin fəaliyyəti, müəllimlərin müasir tədris üsullarına dair düşüncələri və təhsil islahatlarına münasibəti ilə yaxından tanış olublar.
Sonra İsmayıllı şəhər 1 saylı tam orta məktəbdə ingilis dili müəllimi Ruhiyyə Mahmudovanın VI sinifdə, İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə Azərbaycan dili müəllimi Eminə Orucovanın VI sinifdə, fizika müəllimi Şəkər Hacıyevanın VIII sinifdə, İsmayıllı şəhər 3 saylı tam orta məktəbdə ədəbiyyat müəllimi Çingiz Muradlının X sinifdə, Cülyan kənd tam orta məktəbdə ingilis dili müəllimi Şərafət Bayramovun V sinifdə, İvanovka kənd tam orta məktəbdə Həyat bilgisi müəllimi Lamiyə Əhmədovanın II sinifdə, ibtidai sinif müəllimi Məhbubə Allahverdiyevanın I sinifdə, Təzəkənd kənd tam orta məktəbdə coğrafiya müəllimi Elşad Vahabovun VI sinifdə və Lahıc qəsəbə tam orta məktəbdə fizika müəllimi Rövşən Əliyevin VI sinifdə tədris etdiyi “Açıq dərs”lər izlənilib.

Qeyd edək ki, Lahıc qəsəbə tam orta məktəbi 2013-cü ildə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Elektron təhsil” Respublika müsabiqələrinin qalibi seçilib. Məktəbin fizika müəllimi Rövşən Əliyev isə "Azərbaycan Respublikasının əməkdar müəllimi" və 2009-2010-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adına layiq görülüb. VI sinif üzrə “Fizika” dərsliyinin həmmüəllifi R.Əliyev tədris etdiyi “Açıq dərs”də fəal interaktiv təlim metodlarından səmərəli istifadə etməklə olduqca maraqlı və məzmunlu dərs təşkil etməyə nail olub.

Mirvari Nəcəf

Qalereya




Teqlər:  





Xəbər lenti