İranda parlament seçkiləri keçirilir

  21 Fevral 2020    Oxunub : 1587
 İranda parlament seçkiləri keçirilir
Bu gün İranda növbəti parlament seçkiləri keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb. Seçkilər ABŞ-ın iqtisadi təzyiqi altında, İran üçün çətin bir şəraitdə keçir. 290 deputat yeri uğrunda 7 mindən çox namizəd mübarizə aparır.

Daha əvvəl 15 mindən çox şəxs namizədliyini irəli sürüb, lakin onların bəziləri geri çəkilib, bir çoxlarının namizdəliyi Konstitusiya Şurası tərəfindən təsdiqlənməyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Parlament   Seçki