Toyunu təxirə salan həkim koronavirusdan öldü

  21 Fevral 2020    Oxunub : 2093
 Toyunu təxirə salan həkim koronavirusdan öldü
Çində daha bir həkim yeni növ koronavirusun (COVID-2019) qurbanı olub.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Uhan şəhərində həkim işləyən Pen İnhua iş prosesində koronavirusa yoluxub.

Aparılan müalicəyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 29 yaşlı həkim pulmonoloq fevralın 20-də ölüb.

Qeyd edək ki, həkim yeni virusla bağlı əhaliyə kömək üçün fevralın 1-nə nəzərdə tutulan nikah mərasimini də təxirə salmışdı.

Azvision.az

Teqlər: Çin   Koronavirus