Rusiya seçkilərdə yenidən Trampa kömək edir - ABŞ kəşfiyyatı

Rusiya seçkilərdə yenidən Trampa kömək edir -  ABŞ kəşfiyyatı
  21 Fevral 2020    Oxunub:2165
Rusiya 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın yenidən seçilməsini təmin etmək üçün prosesə müdaxilə edir.
Azvision.az “New York Times”ə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı təmsilçilərinin Nümayəndələr Palatasında keçirdiyi brifinqdə bildirilib.

Məlumata görə, brifinq fevralın 13-də baş tutub, ertəsi gün Tramp Milli Kəşfiyyatın direktoru Cozef Maquayrı sərt tənqid edib. Bundan bir neçə gün sonra isə onu istefaya göndərdiyini bəyan edib.

Tramp hesab edir ki, demokrat konqresmenlər alınan məlumatlardan ona qarşı istifadə edə bilərlər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Kəşfiyyatı  





Xəbər lenti