Ukraynada Çindən gələnləri daşa basdılar, qarşıdurma yarandı - VİDEO

Ukraynada Çindən gələnləri daşa basdılar, qarşıdurma yarandı -  VİDEO
  21 Fevral 2020    Oxunub:7620
Ukrayna vətəndaşlarının Çindən ölkələrinə qayıtmaları yerli əhali arasında əsl isteriyaya səbəb olub.

Azvision.az xəbər verir ki, təxliyə olunan ukraynalılar Poltava əyalətində karantinə alınmalı idi. Bu səbəbdən yerli sakinlər qarşıdurma yaradıb.
Etirazçılar yolu bağlayıblar, daha sonra evakuasiya edilmiş vətəndaşların olduqları avtobuslara daş atıblar. Onlar tibb məntəqəsini insanlarla birlikdə yandırmaqla hədələyiblər.



Vəziyyəti nizamlamaq üçün Ukraynanın Daxili İşlər Nazirliyi hadisə yerinə daxili qoşunları və hərbi texnikalar cəlb edib. Daxili İşlər Naziri Arsen Avakov da hadisə yerinə gəlib.

"Heyvan olmaq lazım deyil, insan olmaq lazımdır. Əvvəlcə çətin vəziyyətdə olan insana yardım göstərib, sonra özün barədə düşünməlisən”, - deyən Avakov çətin durumda olan insanlara kömək etməyə çağırıb.

Nazir, həmçinin bildirib ki, vətəndaşların karantində olduğu Daxili İşlər Nazirliyinin sanatoriyasının ətrafında ikiqat mühafizə tətbiq ediləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti