“Kinodan çox uzağam” - Səhnəmizin “qaraca qızı”
Biz də onunla əlaqə saxlamağa çalışdıq. Hal-əhval tutub, indiki fəaliyyəti ilə maraqlanmaq istədik. Akrtisa danışmaq istəməsədə onun harada çalışdığını öyrənə bildik.
Danışığından küskünlüyü hiss olunan “qaraca qız” xeyli müddətdir ki, Mədəniyyət və İncəsənət Universitetenin Rejissorluq fakültəsində dərs deyir.
Yalnız müəllimlik fəaliyyəti ilə məşğul olduğunu deyən “uşaq obrazı” kino aləmindən tamamilə uzaqlaşdığını qeyd edib:
“İmtahan vaxtlarıdır, vaxtım yoxdur, həm də xəstələnmişəm. Müsahibə də vermək istəmirəm. Saytlarla, internetlə də maraqlanmıram, başım çıxmır. Kinodan da tamamilə uzaqlaşmışam, əlaqələrim yoxdur, sadəcə burada dərs deyirəm. Bağışlayın dərsdəyəm, danışa bilmirəm, məni bir də narahat etməyin”.
Qeyd edək ki, “Qaraca qız” filmi 1966-cı ildə çəkilib. Film yazıçı Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılıb. Filmdə Tutu (Sevil Zeynalova) adlı xeyirxah və cəsarətli yetim bir qızın faciəli taleyindən danışılır.
Nihadə Eyyubova