Küveyt İrana uçuşları dayandırıb

Küveyt İrana uçuşları dayandırıb
  21 Fevral 2020    Oxunub:1804
Küveyt hava yolları İranda koronavirusun aşkar edilməsi ilə əlaqədar bu ölkəyə təyyarə reyslərini müvəqqəti dayandırıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarının İranın Qum şəhərinə səyahət etməməsi barədə xəbərdarlıqdan sonra uçuşların dayandırılmasına qərar verilib.

Qeyd edək ki, İranın Qum şəhərində iki nəfər koronavirusdan ölüb. Ölkədə koronavirusa yoluxanların sayının 5 nəfər olduğu bildirilib. İran Səhiyyə Nazirliyi ölən şəxslərin Çinə səfər etmədiklərini və ya Çin vətəndaşları ilə ünsiyyətdə olmadıqlarını açıqlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: İran   Çin   Koronavirus  





Xəbər lenti