Ərdoğan, Merkel və Makron İdlibi müzakirə etdi

Ərdoğan, Merkel və Makron İdlibi müzakirə etdi
  21 Fevral 2020    Oxunub:1856
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında İdlib problemi ilə bağlı telefon danışığı olub.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, üçtərəfli telefon danışığı zamanı Ərdoğan Almaniyadakı irqçi hücumda ölənlərin ailələrinə başsağlığı verib, yaralılara isə şəfa diləyib.

Bundan əlavə, Türkiyə lideri Suriya rejimi və tərəfdarlarının İdlibdəki təcavüzü dayandırmasının vacibliyini diqqətə çatdırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ərdoğan   Merkel   Makron  





Xəbər lenti