İsrail vətəndaşında koronavirus aşkarlandı

İsrail vətəndaşında koronavirus aşkarlandı
  21 Fevral 2020    Oxunub:1744
Yaponiya sahillərində karantin altında olan "Diamond Princess" gəmisindəki İsrail vətəndaşlarından birində koronavirus aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrailldən olan sərnişinlər dünən gecə saatlarında xüsusi reyslə kruiz gəmisindən vətənə gətiriliblər və onlar Şaba-Tel Haşomer xəstəxanasına yerləşdiriliblər.

Nazirliyinin mərkəzi laboratoriyasında aparılan müayinə göstərib ki, gəminin sərnişinlərindən biri koronavirusa yoluxub. Digər 11 nəfərin sağlam olduğu bildirilir, lakin onlar iki həftə ərzində karantində qalacaqlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail   Koronavirus  





Xəbər lenti