Ərdoğanla Putin arasında kritik danışıqlar aparılacaq

Ərdoğanla Putin arasında kritik danışıqlar aparılacaq
  21 Fevral 2020    Oxunub:2251
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün yerli vaxtla saat 18:00 radələrində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olacaq.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri jurnalistlərə açıqlamasında deyib. Ərdoğan bildirib ki, telefon danışığı zamanı İdlibdəki vəziyyət hərtərəfli müzakirə olunacaq.

“Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Vladimir Putinə dördtərəfli görüşün keçirilməsini təklif ediblər. Amma hələ ki Putindən müsbət cavab yoxdur. Görüşün martın 5-də İstanbulda keçirilməsi təklif edilib”, - deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Putinlə bu gün axşam telefon danışığının nəticəsindən asılı olaraq hansı addımların atılacağı müəyyənləşəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Putin   İdlib  





Xəbər lenti