Koronavirusdan ölənlərin sayı 2345 nəfərə çatıb

Koronavirusdan ölənlərin sayı 2345 nəfərə çatıb
  22 Fevral 2020    Oxunub:2585
Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, hazırda koronavirus qurbanlarının sayı 2345-ə çatıb, yoluxanların sayı isə 75891 nəfərdir. Son sutka ərzində virusdan 109 ölüm hadisəsi qeydə alınıb, virusa yoluxmuş 2 393 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Azvision.az


Teqlər: Çin   Virus  





Xəbər lenti