Kəbirə Məmmədova “Binə”də görüş keçirir- ÖZƏL

Kəbirə Məmmədova “Binə”də görüş keçirir- ÖZƏL
  25 Dekabr 2013    Oxunub:5648
“Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova ötən gün baş verən yanğınla əlaqədar əraziyə baş çəkib.
Hazırda “Binə” ticarət mərkəzində olan əməkdaşımızın verdiyi məlumata görə, bu dəqiqələrdə K.Məmmədova ilə mağazaları yanan sahibkarların görüşəcəyi gözlənilir.

AzVision.az-ın məlumatına görə, sahibkarlar K.Məmmədovanın ofisinin qarşısında toplanıblar, hələki onların içəri daxil olmasına icazə verilmir. Küllü miqdarda ziyana düşdüklərini deyən mağaza sahibləri K.Məmmədovanın hadisəyə görə cavab verməsini tələb edirlər.

Qeyd edək ki, ötən gün axşam saatlarına “Binə” Ticarət Mərkəzində güclü yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumata görə, yanğın zamanı 45 mağazaya ziyan dəyib.

Ümumilikdə isə hadisə ilə əlaqədar sahibkarlarə dəyən ziyanın ümumi məbləği açıqlanmır.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti