Füqan Əliyev Azərbaycan çempionu oldu

  22 Fevral 2020    Oxunub : 1600
Füqan Əliyev Azərbaycan çempionu oldu
Şüvəlandakı Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatı davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Azvision.az -a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin və AAAF-ın birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Çempionatda 81 kiloqramadək çəki dərəcəsində kişilərin yarışında Füqan Əliyev toplam 273 kiloqram (123+150) nəticə ilə çempion adını qazanıb. Nurlan Rəsulov toplam 269 kiloqram (118+151) nəticə ilə ikinci, Kənan Əliquliyev isə toplam 267 kiloqram (117+150) nəticə ilə üçüncü yeri tutublar.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Azvision.az

Teqlər: Atlet   Yarış   Çempion