Şaxta baba nə qədər qazanır?

Şaxta baba nə qədər qazanır?
  25 Dekabr 2013    Oxunub:2249
ABŞ-ın maliyyə analitikləri Santa Klausun illik gəlirlərini hesablayıblar
“İnsure” kompaniyasının hesablamalarına görə 2013-cü ildə Santa Klausun gəlirləri 137 min 795 dollar təşkil edib.

Əmək haqının belə yüksək olması Santa Klausun bir çox tapşırıqları yerinə yetirməsi ilə bağlıdır. İlk növbədə o, demək olar ki, fasiləsiz – ilin 364 günü oyuncaq fabrikini idarə edir. Sutkada 8 saat işləyən “sehirbaz” buna görə illik 114 min 937 dollar qazanır. İkincisi, əmək münasibətləri üzrə mütəxəssis olduğuna görə, köməkçiləri ilə danışıqlar aparır və buna görə ona 4931 dollar düşür. Xəfiyyə funksiyaları da Santanın çiyinlərinə düşür: Yeni il gecəsi uşaqlara baş çəkib-çəkməmək üçün hər gün yarım saat ərzində uşaqların özlərini necə apardığını müşahidə edir. Bu xidmətlərinə görə isə onun aktivinə hər il 733 dollar göndərilir.

Bundan başqa Santa Klaus öz əsas köməkçisi – Rudolf adlı marala da qulluq etməlidir. O, əmin olmalıdır ki, Rudolf və xizəklər dünyanı dolaşıb, uşaqlara hədiyyə vermək üçün tam hazırdırlar. Santa Rudolfla sutkada 1 saat məşğul olur. Buna görə ona 4219 dollar verilməlidir. Santa Klausun gündəlik görməli olduğu işlərdən biri isə uşaqların sifarişi ilə hazırladığı məktub və hədiyyələri qarışıq salmamaq üçün onları işarələməkdən ibarətdir. Bu isə ona əlavə 529 dollar qazandırır. Şimal Qütbündən xizəklərlə gəliş-gedişə görə isə ona 619 dollar pul verilir.

“İnsure” kompaniyası Santanın ABŞ-da yaşayacağı zaman nə qədər pul qazana biləcəyi ilə bağlı sorğu da keçirib. 37% respondent ümumiyyətlə, buna görə pul ödənilməsinə qarşı çıxıb: Santa Klaus könüllü olmalıdır. 27% respondent isə hər uşağa görə 1 dollar yəni ümumilikdə, 1,8 milyard dolların verilməsinin tərəfdarı olub. Rəyi soruşulanların 15%-i hesab edir ki, Santa Klausa 100-150 min dollar kifayət edərdi.

AzVision.az


Teqlər:





Xəbər lenti