Koronavirusdan ölənlərin sayı 2442 nəfərə çatıb

 Koronavirusdan ölənlərin sayı 2442 nəfərə çatıb
  23 Fevral 2020    Oxunub:3300
Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, hazırda koronavirus qurbanlarının sayı 2442-ə çatıb, yoluxanların sayı 76 936 nəfərdir.

Son sutka ərzində virusdan 97 ölüm hadisəsi qeydə alınıb, ümumilikdə isə indiyədək virusa yoluxmuş 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Azvision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti