Fəzail Ağamalı dediyindən döndü

Fəzail Ağamalı dediyindən döndü
  14 Mart 2013    Oxunub:1461
“Facebook”un məhdudlaşdırılmasının tərəfdarı deyiləm”.
“Məni qınayanların diqqətinə çatdırmaq istəyirəm ki, mənim fikirlərim yanlış başa düşülüb. Mən sosial şəbəkənin, facebookun bütün fəaliyyətinin məhdudlaşdırılmasını deməmişəm, heç bunun tərəfdarı da deyiləm”.
Bunu Yeni Müsavata açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

Millət vəkili düşünür ki, bütün insanlar ünsiyyət üçün bu sosial şəbəkənin imkanlarından yararlanmalıdır: “Lakin heç bir halda bu geniş yayılan sosial şəbəkənin ekranlarında zorakılıq, terror, dövlət çevrilişi cəhdləri durmalı deyil. Bu gün Misirdə sosial şəbəkənin törətmiş olduğu fəsadlar faktiki olaraq bizim gözümüzün qarşısındadır. Misirdə hələ də qanlar axır. Hakimiyyətə gəlməyin bir yolunun yalnız seçkilərdən keçdiyini görürəm.
Hakimiyyətə meydanlardan gəlməyin tamamilə əleyhinəyəm. Çünki hakimiyyətə meydanlardan gəlmək növbəti dəfə də meydanlardan gəlməyə sitimul yaradır.

Bu da faciəli bir durum yaradır və Azərbaycan banan respublikasına çevrilir, qan axmaqda da davam edir.

Bu gün Azərbaycanda Rusiyanın, İranın çox ciddi maraqları var. Rusiya, İran Azərbaycanda zəif bir hakimiyyətin qurulmasında, etnik qarşıdurmaların yaranmasında maraqlıdır. Bu maraqların sırasında Qərb də, İran da bu sosial şəbəkələr vasitəsilə öz oyunlarını oynayır. Mən bunun məsuliyyətini dərk edərək bu fikirləri söyləmişəm. Bu gün də həmin fikrimdə qalıram”.

Deputat bildirdi ki, sosial şəbəkələr Azərbaycanda inqilabların, üsyanların, dağıdıcılığın daşıyıcısı olmalı deyil: “Dünya mətbuatı yazır ki, facebook ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin laboratoriyasında hazırlanmış bir layihədir.
Bu, dünyanın istənilən yerinə ötürülür və gənclərin enerjisindən istifadə edərək meydanlara axır. Meydanlara axışanların içərisində gənclərin sırasında ağıllısı da var, avantüristi də. O ağıllı insanlar avantüristləri idarə edə bilmir. Hər hansısa bir partiya və ya təşkilat mitinq keçirəndə ona uzun müddət hazırlaşır və elə meydana çıxırlar. Sözlərini dedikdən sonra dağılışıb gedirlər. Bəs yaxşı, bu sosial şəbəkənin meydana çıxardığı gəncləri sonradan meydandan yığa bilirmi? Qətiyyən yox. Mən bütün bunlardan ehtiyatlanaraq deyirəm ki, gənclər bu kimi işlərdən uzaq olsun”.

AzVision.az


Teqlər:  





Xəbər lenti