Xodorkovski İsveçrədə yaşayacaq

 Xodorkovski İsveçrədə yaşayacaq
  25 Dekabr 2013    Oxunub:966
Bunun üçün Xodorkovski İsveçrəyə 3 aylıq viza üçün müraciət edib.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, azadlığa çıxdığı ilk gündəcə Almaniyaya gələn “Yukos” şirkətinin keçmiş sahibi Mixail Xodorkovski bundan sonra İsveçrədə yaşamaq niyyətindədir.

Buna səbəb kimi isə onun kiçik övladlarının İsveçrədə təhsil almaları göstərilir. Artıq o, İsveçrədə yaşama imkanı verən 3 aylıq viza üçün rəsmi şəkildə miqrasiya orqanlarına müraciət edib. Bundan başqa Rusioyaya qayıtmağı da istisna etməyən Mixail Xodorkovski bunun üçün hökumət tərəfindən ona təminatların verməli olduğunu bildirib.

Bundan sonra bizneslə məşğul olmayacağını da vurğulayan keçmiş iş adamı Yeni İli İsveçrədə ailəsi ilə birgə qeyd edə biləcəyinə ümidini ifadə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti