“Aramızdan pisləri təmizlədik” - Ərdoğan sərt danışdı
“Partiya korrupsiyaya göz yuma bilməz”
“Biz bu yola çıxarkən millətimizə söz verdik. Xəcalət çəkməyəcəyik və xəcalətli etmərik dedik. 11 illik işimizdə sözümüzü tutduq. İndi də bir daha millətimə burdan söz verirəm. Millətim ürəyini fərah tutsun. Biz həmişə haqqı söyləməyə, doğrunu doğru, əyrini əyri deməyə davam edəcəyik. Xalqın önündə hesab verəcəyimizi bilirik. AK Parti rüşvət və korrupsiyaya göz yummaz. Əgər bunu edərsə, varlığını aradan qaldıracaq”
“Aramızdakı pisləri təmizlədik”
“11 ildə bizə qarşı iftiralar oldu. Biz aramızdakı pisləri təmizlədik. Haqqında iddia olanların təmizə çıxmasını səbirlə gözlədik. Bir doğrunun üzərində durmaq lazım. Hüquq xalqın, ədalətin yaxşının pisdən ayrılması üçün var. Siyasi partiyaların sədləri hakimlərin yerinə keçə bilməz. Media, qəzetlər, telekanallar və jurnalistlər hakimin, müstəqintiqin yerinə keçə bilməz.
9 gündür ki, əməliyyat davam edir. Aman Allahım. Daha ilk gündən adını qoydular ki, rüşvət və korrupsiya əməliyyatı. Tarixin ən böyük korrupsiyası. Daha ikinci gündən etibarən özləri üçün sorğu, məhkəmə oldu və edam qərarı çıxarıldı. İçəridən çölə tez-tez məlumat ötürürlər”-deyə, R.T.Ərdoğan çıxış edib.
Sevinc İltifatqızı